“Xocalı soyqırımı”na həsr olunmuş tədbir

23 fevral 2024-cü il tarixində İbtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə Turan Məhərrəmov adına 2 ç sinif şagirdləri tərəfindən “Xocalı soyqırımı”na həsr olunmuş tədbir keçirildi. Tədbirdə müəllim və qonaqlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Faciə ilə bağlı videoçarx nümayiş etdirildi. Şagirdlərin ifasında şeirlər, düşmənə qarşı nifrət hissi keçirdiyini əks etdirən fotolar, səhnəcik nümayiş etdirildi. Sonda qələbə sevincini əks etdirən mahnılarla tədbir sona çatdı.#virtualməktəb, #fəalməktəb