“Nağılları ana dilimizdə sevək” adlı tədbir

    Körpəlikdən obrazılarının qəhrəmanlığına, hiyləsinə, ağlına inandığımız nağıllar aləmi. Bu aləm bizi xoşbəxtlər ölkəsinə, axtardığımız dosta, xeyirlə - şərin mübarizə apardığı sirli-sehrli aləmə aparır. Yarıgerçək, yarıyalan nağıllarımıza sevgi analarımızın şirin, şəkər dili ilə ruhumuza, qanımıza hoparaq qəlbimizdə dərin kök salıb. Bu kökün ilkin özəkləri isə daha çox təhsil müəssisələrində çüçərir.

İbtidai sinif müəllimi Könül Bədəlova da bu köklərin pöhrələməsi, daha iri şaxələrə ayrılması üçün 1c sinfinin balaca fidanları ilə ”nağıllar aləmi” ni seyrə çıxdı.

  Firudin bəy Köçərili adına Uşaq Kitabxanasında keçirilən “Nağılları ana dilimizdə sevək” adlı tədbir uşaqların ədəbiyyat və mədəniyyətimizə, ən əsas da ana dilimizə necə bağlı olduğunu bir daha sübut etdi.

     Kitabxana ilə ilk tanışlıqdan sonra müzakirə zalında diskusiya keçirildi. Uşaqlar ana dilimizlə bağlı maraqlı məlumatlar, şeir və deyimlər təqdim etdilər. Daha sonra təqdimat zalında balaca aktyorların ifasında “Tıq-tıq xanım” nağıl tamaşası nümayiş olundu. Nağıl qəhrəmanları: Ağcaxanım, Cırtdan, Qoğalın və başqa personajların Tıq-tıq xanımla görüşü maraqlı anlar yaşatdı. Rəqqasələrin və muğam üçlüyünün çıxışı böyük sevinclə qarşılandı.

     Kitabxananın incəsənət şöbəsinin müdiri İlahə xanım qurulan dekorasiyaların, səhnəciklərin sankı bir teatr meydanını xatırlatdığını xüsusi vurğuladı. Sonda bu möhtəşəm gün üçün müəllimə, şagirdlərə və məktəb rəhbərliyinə xüsusi təşəkkür edərək belə müştərək tədbirlərin tez-tez keçirilməsini tövsiyə etdi.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi