21 Fevral-Ana dili gününə həsr edilmiş tədbir

Bu dil,-bizim ruhumuz,eşqimiz,canımızdır,
Bu dil,-bir-birimize əhdi-peymanımızdır.
Bu dil,-tanıtmış bizə bu dunyada hər şeyi
Bu dil,-əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır,onu gözlərimiz tək
Qoruyub,nəsillərə biz də hədiyyə verək.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biri də Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi haqqında qanunun qəbul edilməsidir.
4 a sinif şagirdləri 21 Fevral-Ana dili gününə həsr edilmiş tədbir keçirtdi,onun qorunması və inkişaf etdirilməsi ilə bağlı şeirlər söylədilər,səhnəciklə çıxış etdilər. Sinif rəhbəri Zülfiyyə Abbasova şagirdlərə bu işdə həmişə dəstək olmağa söz verdi. #virtualməktəb, #fəalməktəb