“Yaşıl dünya naminə həmrəylik ili”

“Baharın Rəngləri” Respublika Uşaq Rəsm Yaradıcılıq müsabiqəsində məktəbimizin uşaqları fəal iştirak etdilər. 19 Fevral tarixində şagirdlərimiz Xətai Sənət Mərkəzində öz yaradıcılıqlarını nümayiş etdirdilər. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunmuş müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirildi. #virtualməktəb, #fəalməktəb