Şəhidin ad gününə həsr olunmuş tədbir

    Məktəbin 4 d sinfinin adını daşıyan 44 günlük ll Qarabağ döyüşlərində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullardan biri də Azərbaycan Ordusunun leytenantı şəhid Elzar Süleyman oğlu Yusubovun 35 yaşı tamam olur. Sinif müəllimi Eleonora Ağamalıyevanın rəhbərliyi ilə şəhidin ad gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə təlim tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və sinfin valideynləri də iştirak etdilər.

    Şagirdlər şəhidin keçdiyi həyat yolundan danışıb, şeirlər, aforizmlər söylədilər. Şəhidləri heç vaxt unutmayacaqlarını, sonrakı nəsillərə də çatdıracaqlarını söylədilər. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbir dilədilər. Allah bütün şəhidlərə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi