"Müəllim, valideyn və şagird birliyi" çərçivəsində masterklas

    "Müəllim, valideyn və şagird birliyi" çərçivəsində 26.12.2023-cu ildə 1 v sinfində "Qapı çələnginin hazırlanması" adlı masterklas keçirildi. Sinif rəhbəri Məlahət Novruzovanın rəhbərliyi altında şagirdlər valideynləri ilə birlikdə qapı çələngi hazırladılar. Masterklas valideyn və şagirdlər tərəfindən maraqla qarşılandı. Masterklasın keçirilməsində məqsəd "müəllim, şagird, valideyn"birliyini, valideynin məktəb işində müəllimlə əməkdaşlıq etməsini və valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsini təmin etməkdir. Bununla da valideyn dərs prosesi ilə daha yaxından tanış olur, bir günlük də olsa prosesin iştirakçısına çevrilir. Sonda valideynlər razılığını bildirərək məktəbdən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi