Dilimizi qoruyaq

Bakı şəhəri üzrə Təhsil İdarəsinin İllik Fəaliyyət Planına əsasən "Dilimizi qoruyaq" şüarı altında tədbirlər davam edir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xəyalə Kazımova "Ana dili" aylığı çərçivəsində müxtəlif peşə sahibləri və tanınmış şəxslərlə reportaj apardı. Reportajda ana dilinin gözəlliyindən, zənginliyindən, saflığından bəhs olundu. Reportajda məktəbimizin müəllimi, veteran Vaqif Əlisoy Azərbaycan dilinin gözəlliyindən söhbət açdı. Bu dildə təhsil alan, vətənpərvərlik ruhunda böyüyən gənclərin Vətən torpaqlarımızın geri qaytarılması zamanı göstərdiyi qəhrəmanlıqdan danışdı.