“Məişət zorakılığına yox deyək” adlı psixoprofilaktik iş

Məktəbin psixoloqu Nurlanna Əhmədova İllik Fəaliyyət Planına əsasən 9-10 cu sinif şagirdləri ilə “Məişət zorakılığına yox deyək” adlı psixoprofilaktik iş təşkil etdi. Psixoloji zorakılığın növləri, iştrakçıları, zorakılığın yaranmasında gender bərabərliyinin rolu, zorakılığın müşahidəçiləri nə etməlidir, hansı qurumlara necə müraciət edilməlidir, zorakılığa məruz qalanlara necə yardım etmək olar bu mövzular haqqında geniş məlumat verdi. Gender əsaslı zorakılıq haqqında geniş müzakirələr aparıldı.