Şagirdlərin ana dili mövzusunda təqdimatları

Məktəbdə "Ana dili" aylığı çərçivəsində keçirilən tədbirlər davam edir. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Talıbova dərs dediyi 9 ə, 5 e və 6 ə sinif şagirdləri ilə birlikdə ana dili mövzusunda təqdimatlar etdi, bədii ədəbiyyat nümunələrini müzakirə edərək həmin əsərlərdə ana dili mövzusuna toxundular. Şagirdlər mövzuya uyğun olaraq jurnal hazırlayıb təqdim etdilər.