Birinci sinif şagirdlərinin məktəbə adaptasiyasının inkişafetdirici-korreksiya proqramı

Məktəbin psixoloqu Səbinə Əzimova İllik Fəaliyyət Planına əsasən şagirdlərlə, müəllim və valdeynlərlə keçirdiyi sorğu və anketlər nəticəsində müəyyən etdiyi adaptasiya oluna bilməyən, utancaqlıq, ünsiyyət problemli uşaqlarla “Birinci sinif şagirdlərinin məktəbə adaptasiyasının inkişafetdirici-korreksiya proqramı”nı həyata keçirtdi. Proqramla həyata keçirilən oyun, hekayələr, ünsiyyət gülü çalışması, sehirli heyvan və digər çalışmalar nəticəsində hər bir şagird sinifinə təbəssümlə qayıtdı .