“Dilimizi qoruyaq” şüarı altında keçirilən açıq dərs

  

    Dil millətin mənəvi dəyəri, milli keyfiyyəti, kimliyi, dünəni bu günü, gələcəyə ötürülən irsidir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın 8 e sinfində təşkil etdiyi “Dilimizi qoruyaq” şüarı altında keçirilən açıq dərsdə tarixi şəxsiyyətlərin, maarifçi ziyalıların ana dili haqqında hikmətli fikirləri xatırlandı, dilimizin keçdiyi tarixi inkişaf mərhələlərindəki çətinliyə rəğmən unudulmaması, bu yoldakı fədakarlıqlar qürurla anıldı.

    Dərs ərzində Ulu Öndər Heydər Əliyevin dil haqqında fikirləri dinlənildi, prezident İlham Əliyevin bu yolda yerinə yetirdiyi islahatlar səsləndirildi. Həmçinin Cənubi Azərbaycandan bütün təzyiqlərə baxmayaraq ana dilində yazıb-yaradan M. Şəhriyarın, Q. Səhəndin, Şimali Azərbaycandan B. Vahabzadənin, S. Vurğunun və s. poeziyasından şeirlər ifa edildi.

    Azərbaycan himninin müşayiəti ilə başlayan dərs "Şirin dil" mahnısının sədaları altında yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi