Məktəbin riyaziyyat və ibtidai sinif müəllimləri bir arada
07.02.2017-ci il tarixdə məktəbin riyaziyyat və ibtidai sinif müəllimləri ilə I-IV siniflərdə riyaziyyat fənninin monitorinqi ilə əlaqədar növbəti yığıncaq keçirildi. Yığıncaqda məktəbin direktoru Gülşən xanım Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova monitorinq komissiya üzvlərinin görülən və görüləcək işlər barədə məlumatlarını dinlədilər. Elə həmin gün IX siniflərdə dərs deyən riyaziyyat müəllimləri ilə növbəti yığıncaq keçirildi. Yığıncaqda risk qrupuna daxil olan şagirdlərlə keçirilən əlavə məşğələlərdə şagirdlərin davamiyyəti məsələsi müzakirə edildi. Direktor Gülşən xanım Əliyeva müəllimlərə bildirdi ki, növbəti həftə IX siniflərdə məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq keçiriləcəkdir.