“Narkotiklərə yox deyək” adlı “Dəyirmi masa”

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və heç bir ölçüyə sığmır.
Bununla bağlı məktəbimizin biologiya müəllimi Hüseynova Samirə 9 D sinfində “Narkotiklərə yox deyək” adlı “Dəyirmi masa” keçirtdi. Şagirdlər “Dəyirmi masa”da narkomaniyanın qarşısının alınması yollarını müzakirə etdilər. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.