"Mübariz zirvəsi” adlı sinif təşkilat saatı

07.02.2017-ci il tarixində 281 saylı tam orta məktəbdə Mübariz İbrahimovun doğum gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqova Xalidə Mübariz İbrahimovun qəhrəmanlığından söz açdı. Sonra isə VIf sinif şagirdləri M.İbrahimovun həyatı haqqında maraqlı məlumatlar oxudular, şeirlər söylədilər. Sadıqova Sürəyyanın “Mübariz zirvəsi” adlı inşa yazı işi şagirdlər tərəfindən maraqla qarşılandı. S.Xalidə müəllimə şagirdlərə öz tövsiyələrini verərək bildirdi ki, 22 yaşlı Mübarizin şərəfli ömür yolu hər birimiz üçün nümunə olmalıdır. Bu gün hər birimizin borcu vətəni sevmək, ona əməllərimizlə xidmət etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi