”Mənim balaca dünyam var” mövzusunda esse müsabiqə

Uşaq təxəyyülü, fikirləri istədikləri yaşam o qədər fərqli və maraqlı olur ki, həmin dünyaya səyahət etdikdə böyüklər belə özünə faydalı məlumat tapa bilər. Uşaq dünyası sehirli aləmdir həmin sehirli aləmi kəşf etmək məqsədi ilə 23.11.2023-cü il tarixində məktəbin psixoloqları Nurlanna Əhmədova və Səbinə Əzimova 6-8-ci siniflərdə İllik Fəaliyyət Planına əsasən psixodiaqnostik iş istiqamətində ”Mənim balaca dünyam var” mövzusunda esse müsabiqəsi təşkil etdilər. Şagirdlər öz yazılarında daxili aləmləri, təxəyyül etdikləri dünya, daxili narahatçılıqlarını belə qeyd etdilər .