Psixomaarifləndirici və psixokonsultativ iş istiqamətində valideynlərlə iclas

İllik Fəaliyyət Planına əsasən məktəbin psixoloqları Nurlanna Əhmədova və Səbinə Əzimova psixomaarifləndirici və psixokonsultativ iş istiqamətində valideynlərlə iclas təşkil etdilər. İclasda şagirdlərin ibtidai və orta təhsil pilləsinə adaptasiyası istiqamətində işin təşkili, valideynlərin İllik Fəaliyyət Planı ilə tanışlığı, yeniyetməlik yaş dövründə şagirdlərdə baş verən dəyişikliklər haqqında, məhsuldar təlim fəaliyyətində müəllim-şagird və valdeyn birliyinin rolu haqqında geniş məlumat verildi. Valdeynlərin şikayət və təklifləri dinlənildi və sualları cavablandırıldı.