“Narkomaniyaya yox deyək” mövzusunda “Təşkilat saatı”

21.11.2023-cü il tarixində məktəbin İllik Fəalliyyət Planına əsasən məktəbin informatika müəllimi Aytac Nağıyeva rəhbərilik etdiyi 9 c sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək” mövzusunda “Təşkilat saatı” keçirtdi. Narkotik vasitələrin törətdiyi faciələrdən danişan müəllim şagirdlərin maraqlandıran sualları cavablandırdı. Sonda şagirdlər videorolik izlədilər.