Biologiya metodbirləşməsinin təşkil etdiyi Kiçik akademiya

03.02 2017-ci il tarixində Bakı şəhəri V.Mirzəliyev adına 281 saylı tam orta məktəbin biologiya metodbirləşməsi Kiçik akademiyanın iclasını keçirdi. Akademiyanın üzvləri “Kənd təsərrüfatının yaxşılaşdırılması” mövzusunu özlərinə hədəf seçdilər. Haqlı olaraq, ulu öndərimiz Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət basılmaz”. Şagirdlər qeyd olunan mövzuda çıxış etdilər və slaydlar nümayiş etdirdilər. 7a sinif şagirdi İsmayilova Gülbahar kənd təsərrüfatı sahələrində məhsuldarlığın yaxşılaşdırılması barədə elektron işini təqdim etdi. Qeyd etməliyik ki, təqdimat çox maraqla qarşılandı. Torpaq, şirin su, gübrələmə və s. kənd təsərrüfatının əsas problemlərindəndir. Şagirdlərimiz ayrı-ayrılıqda bu problemlərin həlli yollarını tapmağa çalışdılar. 6ç sinif şagirdi Məmmədov Yusif “Su həyat mənbəyidir” mövzusunda elektron işini təqdim etdi. M.Yusifin suyun unikallığı və şirin su mənbələri haqqında çıxışı marağa səbəb oldu. 7e sinif şagirdi Əliyeva Xanım mövzunu davam etdirərək maraqlı əlavələr etdi. “Torpaq” mövzusunu araşdıran 7b sinif şagirdi Babaşov Əli isə “Torpaq qida mənbəyidir” başlığı altında elektron variantda işini təqdim etdi. İştirakçıları bir daha inandıra bildi ki, torpaq bütün canlıların doğum və ölüm mənbəyidir. 7e sinif şagirdi Zeynalova Xədicə torpaqlarımızın əkin üçün necə yararlı vəziyyətə gətirilməsi haqqında layihəsini təqdim etdi. Torpaqlar uzun illər əkilir və nəticədə zəifləyir, bunun üçün torpağı dincə qoymaq lazım gəlir. Lakin növbəli əkin və gübrələmə torpaq strukturunun yaxşılaşdırılmasına şərait yaradır. 7ç sinif şagirdi Nurullayeva Nurlana “Zəif torpaqların gücləndirılməsi-gübrələmə” mövzusunu çox geniş və əhatəli işləmişdi. Qərara alındı ki, akademiya üzvləri 2017-ci ilin may ayında bir daha toplaşsınlar. Yenə də kənd təsərrüfatı mövzusu hədəf seçiləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi