“Sağlam həyat” adlı açıq dərs

02.02.2017-ci il tarixində 281 saylı tam orta məktəbin 2ç sinif müəllimi Rüstəmova Zemfira “Sağlam həyat” adlı açıq dərs təşkil etdi. Məqsəd insanıın sağlamlığının onun həyat tərzindən asılı olması, sağlam olmağın yollarını daha dərindən bilmək, sağlam həyatın nə olduğunu aydınlaşdırmaq, sağlam yaşamaq bacarıqlarını aşılamaq idi. Sinif “Qida”, “ Təmizlik”, “İdman”, “Gözəllik” və “Təbiət” qruplarına bölünmüşdü. Dərsdə şagirdlər fəal iştirak edərək “sağlamlıq” haqqında kəlamlar, şeirlər söylədilər, idman və musiqi hərəkətləri göstərdilər. Müəllim sonda qeyd etdi ki, cəmiyyətimizdə ən qiymətli sərvət insan və onun sağlamlığıdır. Biz sağlam həyatda yaşamaq üçün “Sağlamlıq üçbucağının” üç amilini əsas tutmalıyiq ki, onlar da bunlardır: 1)Həyat tərzi 2)Ətraf mühit 3)Sosial rifah. İnsanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bu üç amilin yerində olması vacibdir. Sağlam həyatda yaşamaq hamının haqqıdır. Bu haqq sağlam həyat tərzinin bütün tələblətinə əməl etməklə əldə edilir. Dərs sağlamlıq gözəllikdir, sağlamlıq var-dövlətdir, sağlamlıq düzgün qidalanmaqdır, sağlamlıq ana təbiətin qorunmasıdır fikrini şagirdlərə aşıladı.