Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiya

Tarix, incəsənət və ədəbiyyat xalqın mədəniyyət fondudur. Bu fondu saxlamaq, onu gənc nəslə tanıtmaqda məktəbin və daha çox müəllimin rolu əvəzsizdir. Məktəbin təşkilatçı rəhbəri Arzu Əliyeva da uşaqlarda mədəniyyətimizə sevgi aşılamaq üçün 7 a sinif şagirdləri ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyində oldu. Onlar bəstəkarın həyat və fəaliyyəti ilə bağlı eksponatlarla tanış oldular. Şagirdlər bu böyük şəxsiyyətin nəinki Azərbaycanda, eləcə də Şərq musiqi dünyasında atdığı ilk addımlarını öyrəndikcə qürur hissi keçirirdilər. Muzeyin rəhbəri Ələsgərova Gülnarə xanım uşaqlara sənətkar haqqında məlumat verdikcə onları həm də sorğu-sual edirdi. Şagirdlər bu sualları sevə-sevə cavablandırdılar. Nuray Qurbanlının Üzeyir bəylə bağlı bilgiləri Gülnarə xanımın diqqətini cəlb etdi. O, Nuraya xüsusi təşəkkür edərək mədəniyyətimizə sevgisini alqışladı.