Şəhidlər Xiyabanına ziyarət

8 Noyabr-Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət edənlər sırasında məktəbin 2 e sinif şagirdləri də var idi. Gələcəyimiz olan uşaqların Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissinin gücləndirilməsi üçün belə təşəbbüslərin böyük rolu olduğunu düşünən sinif müəllimi Fənurə Mühacirovanın rəhbərliyi ilə həyata keçirilən ziyarət zamanı torpaqlarımızın ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, məzarlarına tər çiçəklər qoyuldu. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!