“Reproduktiv sağlamlıq haqqında layihə-tədbir

02.02.2017-ci il tarixində 281 saylı tam orta məktəbin akt zalında Təhsil və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq haqqında layihə-tədbir həyata keçirildi. Tədbirdə təlimçi Dilguşə Süleymanova, məktəb pisixoloqu Nurlanna Əhmədova, tibb bacısı Sevinc Abbasova, valideynlər və altıncı sinfin qızları iştirak etdilər. Tədbiri təlimçı Dilguşə Süleymanova açdı. Layihə barədə ətraflı məlumat verdi. Valideynləri və qızları maraqlandıran sualları cavablandırdı. Qızlara tövsiyə etdi ki, onların rəfiqələri anaları olmalıdır. Qızlar tibbi-gigiyenik problemlərini anaları ilə bölüşməkdən çəkinməsinlər. Mövzu ilə bağlı slaydlar nümayış olundu. Sonda iştirakçılara hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi