"Zəfər səninlədir-Azərbaycan" adlı Təşkilat saatı

Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

   Məktəbin ibtidai sinif müəllimi Məmmədova Xatirə rəhbərlik etdiyi 2"A" sinfinin vətənpərvər fidanları ilə "Zəfər səninlədir-Azərbaycan" adlı Təşkilat saatı keçirdi. O, 30 ildir xalqımızın yaşadığı həsrətə son qoyan igidlərdən, 44 günlük müharibədə göstərilən şücaətlərdən, bizi qələbəyə addım-addım yaxınlaşdıran müdrik siyasətçi, uzaqgörən lider Ilham Əliyevdən danışdı. Şagirdlər şəhidləri ehtiramla anaraq unutmayacaqlarına söz verdilər. Qəhrəmanlıq səlnaməsi haqqında şeirlər deyib, mahnılar oxudular, topladıqları məlumatları çıxış edərək paylaşdılar. Sonda Yaşasın, Müzəffər ordu!, Zəfər səninlədir, Azərbaycan əsgəri! şüarları səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi