"Xarıbülbül qoxulu Zəfər günü" adlı tədbir

Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etmədi, bunu canlarından və hüquqlarından keçmiş Vətən oğullarının sayəsində əldə etdi, bunu bitib tükənmədən daima qəlbi Ordumuzun yanında döyünən Xalqın sayəsində əldə etdi, bunu hər daim Azərbaycanla birgə mübarizə aparan Ali Baş Komandanın sayəsində əldə etdi. Və bu həmrəyliyini hamıya nümayiş etdirdi.
27 sentyabr 10 noyabr... bizi şanlı zəfərə aparan yol. Bu yolda biz bir yumruq altında birləşib "Dəmir yumruq" olduq. Elə bir yumruq ki, gücümüzü, vəhdətimizi, mübarizliyimizi bütün dünyaya göstərdik.
Məktəbin 5 A sinfinin rəhbəri Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Aynurə öz şagirdləri ilə birlikdə "Xarıbülbül qoxulu Zəfər günü" adlı tədbir keçirdi.