"Şanlı Vətən Zəfər günün mübarək"

Şəhidliyi ilə peyğəmbər qoynunu məkan edən igid oğullar 30 illik həsrətə son qoyaraq Ana Vətənin ürəyini açdılar.
Qəlbi zəfər sevincli yurdumuzun hər güşəsində bu əlamətdar gün təntənə ilə qeyd olunur. Hərbi rəhbər Verdiyev Köçəri müəllim də məktəbin vətənpərvərləri ilə Zəfər gününü qeyd etdi. And içərək vətən yolunda canından keçməyə hazır olan gənclərin çıxışı ilə başlayan tədbirdə maraqlı anlar yaşandı.
General mayor Polad Həşimov adına 5c sinfinin ,,Balaca Poladçılar,,ı və 1b sinfinin balaca istedadları məharətlərini göstərdilər. Gənc ,,aktyorların,, maraqlı səhnəcikləri, eləcə də ifa olunan mahnı və rəqslər tədbirə xüsusi rəng qatdı. Vətən Müharibəsi Qəhrəmanı Tural Qasımovun qürur dolu nitqi, 1-ci Qarabağ savaşının şəhidi Oqtay Şabanovun bacısı Rəna xanımın xatirələri məktəblilərdə böyük ruh yüksəkliyi yaratdı. Və hər kəs- ,,Qələbəmiz əbədi olsun, Azərbaycan,, - söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi