V.Mirzəliyev adına 281 saylı tam orta məktəbin akt zalında pedaqoji şuranın iclası

31.01.2017-ci il tarixində Suraxanı rayonu V.Mirzəliyev adına 281 saylı tam orta məktəbin akt zalında pedaqoji şuranın iclası keçirildi. İclasda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Vaqif Əliyev və Xətayi Məmmədova III-IV siniflərdə keçirilən Azərbaycan dili dərslərinin vəziyyəti barədə arayışla çıxış etdilər. Nöqsanlar müzakirə edildi. Müəllimlərin nəzərinə çatdırıldı ki, qeyd edilən nöqsanları tezliklə aradan qaldırmağa çalışsınlar. Məktəbin riyaziyyat metodbirləşməsinin rəhbəri Cəmil Məsimov V-X siniflərdə riyaziyyat fənni üzrə aparılan yoxlamaların nəticəsi haqqında arayışla çıxış etdi. Fənn müəllimlərinin apardığı yoxlamalarla metodbirləşmə sədrinin apardığı yoxlama nəticələri müqayisə edildi. Fənn müəllimlərinə təklif və tövsiyələr verildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Kazımov I yarımilin yekun nəticələri, XI siniflərdə apardığı yoxlamalar barədə məlumat verdi. İlham müəllim çıxışında məktəbdə keçirilən GÇH dərslərinin vəziyyətini müsbət qiymətləndirdi, təkliflərini GÇH müəllimi Köçəri Verdiyevə çatdırdı. Sonda məktəbin direktoru Gülşən xanım Əliyeva II yarımildə qarşıda duran vəzifələr, keçiriləcək tədbirlər barədə danışdı, pedaqoji heyətə tapşırıqlar verdi.