Psixomaarifləndirici iş

    Uşaq həyatının ən önəmli mərhələsi məktəb həyatının ilk illəridir. Oyun fəaliyyətindən ayrılıb yeni mühitə, təlim fəaliyyətinə başlamaq, üzərinə düşülmüş məsuliyyət, dərs prosesinə bir çox şagird uyğunlaşa bilmir. Belə şagirdləri müəyyən edib onlarla korreksiya işi aparmaq məqsədi ilə məktəbin psixoloqları Nurlanna Əhmədova və Səbinə Əzimova İllik Fəaliyyət Planına əsasən birinci sinif müəllimləri ilə psixomaarifləndirici iş təşkil etdilər. Birinci sinif şagirdlərinin məktəbə adaptasiya dövrünün müşahidəsi, valdeynlə münasibət, iş birliyi, şagirdləri təlim fəaliyyətinə cəlb edilməsi üsulları birinci sinif müəllimləri ilə geniş müzakirə edildi. Müəllimlərin sualları cavablandırıldı, uşağın məktəbə sosial psixoloji adaptasiyasının sxemi izah edildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi