”Zəfərin mübarək, Azərbaycan” adlı tədbir

    Zəfərə yolunun sevinci

    2020-ci il 8 Noyabr qələbə sevincini yaşayandan bəri sanki Günəş də öz şəfəqlərini gur saçır. Dünya içində Azərbaycan deyilən bir məmləkət son 2 yüz ildə erməni vəhşiləri üzərində ən böyük qələbəsini qazandı. Bu qələbə bizi özümüzə, soy-kökümüzə, dəyərlərimizə daha sıx bağladı. Tarixi zəfər hər evə, hər ailəyə bolluca sevinc bəxş etdi. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən də general mayor Polad Həşimov adına 5 c sinfinin vətənpərvərləri ilə,”Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirdi. Tədbirdə işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağının necə qürurla dalğalanmasından, bu yolda canından keçmiş igidlər, Ali Baş Komandanımızın xalqa sevinc xəbərlərindən ürək dolusu çıxış etdilər.Uşaqlar video görüntülərlə, əl işləri və divar qəzetləri, eləcə də söz incisindən nümunələrlə zəfər sevinclərini ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi