“Təhsil ağılın simasıdır” adlı riyaziyyat fənn olimpiadasının qalibləri

26.01.2017-ci il tarixində Dünya Məktəbində keçirilən Bakı şəhəri üzrə VI, VII, VIII sinif şagirdləri arasında “Təhsil ağılın simasıdır” adlı növbəti riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılma tədbiri təşkil olundu. Tədbirdə Xəzər Universitetinin rektoru və Dünya Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı, müxtəlif məktəblərin direktorları, müəllimlər, valideynlər, qalib şagirdlər və digər qonaqlar iştirak edirdilər. Professor Hamlet İsaxanlı çıxışında bildirdi ki, olimpiadaların keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılması və onların inkişafı üçün şərait yaradır. Olimpiadada 281 saylı tam orta məktəbin şagirdləri da iştirak edirdilər. 7c sinif şagirdi Camalzadə Ömər II yerə, Əlizadə Məryəm isə III yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi