“Hüquqlarımızı tanıyaq” adlı psixoproflaktik iş

Hüquq və azadlıqlarımızı tanımaq, qorumaq, müdafiə etmək cəmiyyətimizdə sağlam mövqe tutmaqda əsas rol oynayır. Şagirdlərimizə hüquq və azadlıqlarını tanıtmaq, hüquqlarını müdafiə etməyin üsullarını, məktəb daxilində hansı hüquq və vəzifələrinin olduğunu bildirmək məqsədi ilə məktəbin psixoloqu Nurlanna Əhmədova İllik Fəaliyyət Planına əsasən 8-ci sinif şagirdləri ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı tanıyaq” adlı “Dəyirmi masa” təşkil etdi. Şagirdlər cəmiyyətin müstəqil üzvü kimi öz hüquqları ilə tanış oldu, bir birlərinə qarşı münasibətdə nə zaman hüquqlarının pozulduğunu müzakirə etdilər. Sonda şagirdlərin sualları cavablandırıldı.