Hüquq və vəzifələrimizi bilək mövzusunda maarifləndirici iş

Məktəbin psixoloqu Səbinə Əzimova 4-cü və 3-cü sinif şagirdləri ilə İllik Fəaliyyət Planına əsasən “Uşaq Hüquqlar Aylığı” çərçivəsində hüquq və vəzifələrimizi bilək mövzusunda maarifləndirici iş təşkil etdi. Məqsəd şagirdlərə hüquq və azadlıqları haqqında məlumat vermək, hüquqları pozulduğunda kimə necə müraciət etməli olduqlarını başa salmaq idi. Şagirdlərin fikirləri dinlənildi, sualları cavablandırıldı.