YAP-ın Suraxanı rayon ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı
31.01.2017-ci il tarixində V.Mirzəliyev adına 281 saylı tam orta məktəbin akt zalında YAP-ın ərazi təşkilatının hesabat seçki yiğıncağı keçirildi. Hesabat seçki yığıncağında YAP-ın Suraxanı rayon təşkilatının icra aparatının rəhbəri Fərman Rəsulov iştirak etdi. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Gülşən xanım Əliyeva hesabatla çıxış etdi, il ərzində görülən işlər barədə məlumat verdi. Partiya üzvlərinin həmişə fəal olduqlarını vurğuladı. Yekun olaraq il ərzində görülən işlər qənaətbəxş hesab edildi. Gülşən xanım Əliyeva yenidən ərazi ilk partiya təşkilatının sədri seçildi. Yığıncaqda partiyanın rayon təşkilatının IX konfransına nümayəndələr seçildi. Sonda YAP-ın Suraxanı rayon təşkilatının icra aparatının rəhbəri Fərman Rəsulov yenidən sədr seçilmiş Gülşən xanım Əliyevanı və təşkilatın IX konfransına seçilmiş nümayəndələrini: Gülşən xanım Əliyevanı, İlham Kazımovu, Köçəri Verdiyevi təbrik etdi, gələcək işlərində onlara uğurlar arzuladı.