“Hüquqlarımızı bilək” mövzusunda “Təşkilat saatı”

31 oktyabr 2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Pərvanə Dadaşova rəhbərlik etdiyi 4 f sinfində “Hüquqlarımızı bilək” mövzusunda “Təşkilat saatı” keçirtdi. Müəllimə BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası haqqında şagirdlərə geniş məlumat verdi. Sinif rəhbəri Konvensiyada uşaqların iqtisadi, sosial, mədəni hətta siyası hüquqlara malik olmasını vurğuladı. Şagirdlər isə bu mövzuda cox maraqlı təqdimat hazırlamışdılar.