Ana dilimizin “Son bahar” tövhəsi.

Ömrün payız çağı dedikdə ruhumuzuin şairliyi cuşa gəlir. Çünki bu payız bir başqa oldu. Bu payız ruhumuzun da, ömrümüzündə xəzan çağı deyil, məhz bahar çağı oldu. Erməni əsarətindən azad olan Xankəndi, Xocalımızın payız ömrünə bahar təravəti qatıldı.
Bu təravət 1 c sinfinin xəyallar aləmində qurduğu “Son bahar” tədbirində daha da şölələndi. Məktəbin ibtidai sinif müəllimi Könül Bədəlovanın körpə fidanları payız nəğməli, bahar müjdəli çıxışları ilə dilimizin saflığını nemətlərimizin bolluğunu vəsf etdilər. Birincilərin doğma dilimizdə hələ təzə-təzə öyrəndikləri, dadına sevimlik qatdıqları söz xəzinəsindən bahar təravətli payızla bağlı şeir və nəğmələr ruhumuzu oxşadı.