“Ekologiya və iqtisadiyyat” mövzusunda dəyirmi masa

24.01.2017-ci il tarixində Suraxanı rayonu V.Mirzəliyev adına 281 saylı tam orta məktəbin 8e, 9ə, 9ç sinif şagirdlərinin iştirakı ilə “Ekologiya və iqtisadiyyat” mövzusunda dəyirmi masa keçirildi. Müxtəlif təqdimatlar əsasında şagirdlər onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi etdilər. Məktəbimizin 8-ci sinif şagirdləri Hüseynəliyeva Duyğu, Nəcəfova Nuray, Əliyev Əliheydər, Talıbzadə Nigar, Ramazanov Nurlan “Ana təbiət bizim evimizdir-Evimizi qorumaq bizim borcumuzdur” və 9-cu sinif şagirdləri “Sos həyəcan siqnalı” adlı təqdimatlarla çıxış etdilər. Şagirdlərdən Yəhyayeva Nəzrinin “Planetin ağ ciyəri”, Əhmədova Zülfiyyə ilə Mikayilova Günelin isə “Havanın sərhəddi yoxdur” mövzusundakı təqdimat işiləri böyük maraqla qarşılandı.Rzayeva Fatimə və Şıxıyeva Fatimənin birlikdə hazırladıqları “Su həyat mənbəyidir” və “Təbiətin fəryadı” adlı təqdimatlar geniş müzakirəyə səbəb oldu. Sonda dəyirmi masa iştirakçıları maraqlı təkliflər və tövsiyələr verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi