Şagirdlərin Hərbi Qənimətlər Parkına və “Şəhidlər Xiyabanı”na ziyarəti

    Məktəbin Tədbirlər Planına uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021-ci il tarixli F-191 nömrəli əmrinə əsasən təsdiq edilmiş "27 sentyabr Anım Günü" ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi Novruzlu Nərminin təşkilatçılığı ilə 7 f sinif şagirdləri Hərbi Qənimətlər Parkını və “Şəhidlər Xiyabanı”nı ziyarət etdilər.

Şagirdlər ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq məzarları üzərinə gül dəstələri qoydular.

Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

#KarabakhisAzerbaijan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi