"Vətən Var Olsun!" adlı "Təşkilat saatı"

    Bu gün 4 Ğ sinfi şanlı tarixi qanları ilə yazan vətən igidlərini bir daha andı. Sinif təşkilat saatında 2020-ci il 27 sentyabrdan-8 noyabra qədər keçən 44 günlük dastandan söhbət açıldı. Sinif rəhbəri Gülşən Şəfiyeva şagirdlərinə Ali Baş Komandan İlham Əliyevin siyasətindən, vətən oğulları ilə birgə 30 illik vətən həsrətinə necə son qoyulduğundan bir daha ətraflı danışdı. Şagirdlərin öyrəndikləri şeirlər, məlumatlar dinlənildi. Şagirdlər bir daha söz verdilər ki, şəhidləri heç zaman unutmayacaqlar. Onların bizə əmanət qoyduğu vətən torpağını hər zaman qoruyacaqlar. Şəhidlər Ölməz!

#QarabağAzərbaycandır! Sənə can qurban, Azərbaycan!                              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi