"Biz sizə borcluyuq" adlı tədbir

    2020-ci il 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük müharibədə qələbə çalsaqda, bunu başda baş komandan İlham Əliyevlə bərabər şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına borcluyuq. Hər il 27 sentyabr İlham Əliyevin sərəncamı ilə "Anım Günü" kimi qeyd olunur. Tarix müəllimi Səriyə Əhmədova 5 b sinfinin balaca vətənpərvərləri ilə "Anım Günü" nə həsr edilmiş "Biz sizə borcluyuq" adlı tədbir keçirtdi. Tədbirdə direktor müavinlər Gültəkin Axundova və Arzu Əliyeva iştirak etdilər. Şəhidimiz Axundzadə Mirzənin qızı Zərifə də tədbirdə iştirak etdi. Şagirdlər vətən yolunda qurban gedən oğulların adına layiq şərəfli ömür yolu sürəcəklərinə söz verdilər.

#KarabakhisAzerbaijan

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi