Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bu gün məktəbimizdə də “Anım Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Yusubov Elzar Süleyman oğlunun anası Günəş xanım da iştirak edirdi. O şagirdlərə torpaqlarımızı sevməyi onu göz bəbəkləri kimi qorumağı tövsiyyə etdi.
#QarabağAzərbaycandır! Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!