”Biz sülhə səs veririk”adlı tədbir

    Mən sülhə səs verirəm, dünya nura boyansın. Sülh, səadət, aydın səma insanı həyata bağlayan amillərdir. Dünyamızın sakitliyi uşaqlarımızın xoşbəxtliyidir. Onları xöşbəxt etmək üçün biz-böyüklər riyadan, fitnə, fəsaddan uzaq bir cəmiyyət yaratmalıyıq.

“Dünya Sülh Günü”, ərəfəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova Polad Həşimov adına 5 c sinfinin sülhsevərləri ilə ”Biz sülhə səs veririk”adlı tədbir keçirtdi. Tədbirdə Ulu öndər Heydər Əliyevin sülh yolunda atdığı addımlar və bu addımların xalqımızın həyatındakı izlərindən danışıldı. Uşaqlar şeirlə, hikmətli sözlər və deyimlərlə sülh istəklərini ifadə etdilər. Eyni zamanda 44 günlük zəfər yürüşündə xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması üçün canını fəda edən igidlərdən də bəhs olundu. Sonda oxuyub, öyrənməklə vətənə, torpağa layiq vətəndaş kimi böyüyəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi