“Bilik günü” nə həsr olunmuş tədbir

Təhsil yeni başlanğıcların və imkanların açarıdır. Təhsil bu günün uşaqlarını sabahın liderinə çevirən dəyərli hədiyyədir. Şagirələrin təbəssümləri, müəllimlərin bilikli sözləri və yeni dostluqların yaranması ilə dolu bir dərs ilinə start verildi. Məktəblərin qapıları bilik və arzuların arxasınca getməyin başlanğıcıdır. 15 sentyabr ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur. Bu münasibətlə məktəbimizdə də tədbir keçirildi. Tədbir Dovlət himnimizin səslənməsi ilə açıq elan edildi. Ulu öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İlk öncə məktəbin direktoru Dadaş Əliyev müəllim və şagirdləri “Bilik günü” münasibətilə təbrik etdi onlara uğurlar arzuladı. 2023-2024-cü tədris ilinin ilk dərsinin “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmasını, eyni zamanda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyein gənclərə verdikləri tövsiyələr milli-mənəvə dəyərlərimizin qorunub saxlanılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi məsələləri iştirakçıların diqqətinə çatdırdı.
Sonra söz Suraxanı Rayon İcra hakimiyyətinin əmakdaşı Anar Əsədullayevə verildi. Anar müəllim İcra başçısı Əziz Əzizovun təbriklərini çatdırdı..