Şəhidin “Anım günü”nə həsr olunmuş tədbir

    Bu gün, 13 sentyabr tarixində İbtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə şəhid Turan Tərlan oğlu Məhərrəmovun “Anım günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər tərəfindən şeirlər və şəhidimiz haqqında məlumatlar dinlənildi. Sonda müəllim, valideyn və bir neçə şagird şəhidimizin evinə gedib, anım gününü yad etdilər.

    Allah rəhmət eləsin məkanın cənnət olsun. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi