İnsan hüquqlarının müdafiəsi

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi boyutmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir və malik olduqları hüquqları qorunur. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər yerində milliyətindən, irqindən, cinsindən, dini əqidəsindən asılı olmayaraq konvensiya ilə müəyyən olunmuş hüquqlarını təmin edir. Bu kimi məlumatların şagirdlərə ötürülməsi məqsədi ilə məktəbin təşkilatçı muavini Arzu Əliyeva, usaq birliyi rəhbəri Təhminə Osmanova, psixoloqlar Nurlanna Əhmədova və Səbinə Əzimova, tarix müəllimi Səriyə Əhmədova 8-ci və 9-cu sinif şagirdləri ilə konfrans keçirdilər. Sagirdlərə öz hüquqları və onların qorunması yolları deyildi, slaydlar və video carxlarla ətraflı söhbət aparıldı. Sagirdlər də öz çıxışlarında bu mövzunu qeyd etdilər.