Xöşbəxt olsun uşaqlar

Bu gün 1 ç sinfində, ibtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi" gününə həsr olunmuş tədbir keçirildi. Tədbir başlamamışdan öncə, torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ata hədiyyəsi gözləyən şəhid balalarına, gözləri yolda qalan analara allahdan səbr dilləndi. Tədbirdə şagirdlər səhnəciklər göstərərək şeirlər, mahnılar təqdim etdilər. Uşaqlar hüquqları olduğunu və bu hüquqların dövlət tərəfindən qorunduğunu da dilə gətirdilər.