"28 May Müstəqillik Günü" ilə bağlı müzakirə xarakterli dərs

26 May 2023-cü il tarixdə 10 a sinifində məktəbin tarix müəllimi Hacıbala Abdullayev "28 May Müstəqillik Günü" ilə bağlı müzakirə xarakterli dərs təşkil etdi. Dərsdə tariximizin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa müddətdə gördüyü işlərdən söhbət açıldı. Cümhuriyyəti quran şəxsiyyətlərin fəaliyyətindən danışıldı. Şagirdlər bu əlamətdar hadisə ilə bağlı biliklərini nümayiş etdirib, öz fikirlərini səsləndirdilər. Qurucu babalarımızın bizə miras qoyduğu Azərbaycan bu gün müstəqil ölkə kimi günü-gündən güclənir, inkişaf edir və dünya dövlətləri arasında öz sözünü deyir. Ulu Öndər Heydər Əliyevin bərpa edib gücləndirdiyi müstəqilliyimizi Müzəffər Ali Baş Komandan İlham Əliyev qürurla irəli aparır. Bunun ən bariz nümunəsini 44 günlük Vətən Müharibəsində bir daha bütün dünya gördü.
Müstəqilliyimiz əbədidir, dönməzdir!