”Cənnətdəki doğum günün mübarək! " adlı tədbir

25 may tarixində İbtidai sinif müəllimi Ruba Eyvazova rəhbərlik etdiyi Turan Məhərrəmov adına 1 ç sinfində. ”Cənnətdəki doğum günün mübarək!" adlı tədbir keçirtdi. Tədbirə başlamamışdan öncə torpaqlarımız uğrunda canlarını fəda verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhid Turan Məhərrəmovun bacısı və məktəbin psixoloqu Səbinə Əzimova iştirak etdi. Şəhidimiz Turan Məhərrəmovun 44 günlük müharibədə keçdiyi qəhrəmanlıqları ilə bağlı video materialla göstərildi, şagirdlər tərəfindən söylənilən şeirlərlə, vətənpərvərlik ruhunda oxuduqları mahnılarla təqdim etdikləri səhnəciklərlə vətənə məhəbbət, düşmənə nifrət hissi diqqəti cəlb etdi. Sonda şəhidimiz Turan Məhərrəmovun bacısı tədbir haqqında fikirlərini bildirib, şagirdlərlə şəkil çəkdirdi.