20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri

19.01.2017-ci il tarixində 281 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə həmin günlərdə xalqımızın başına gətirilən faciə şagirdlərin ifasında mahnı və şeirlərlə xatırlandı. Anim günü məktəb xorunun ifasında “Şəhidlər” mahnısı ilə başlandı. Aparıcılar bu ağır günlərdə xalqımızın necə mübariz və məğrur dayandığını xüsusi qeyd etdilər. Onu da vurğuladılar ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü oldu. Bağırova Şəbnəm, Heydərli Ayşən və Abbaslı İntizamın ifasında təqdim olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına sanki həmin günün dəhşətlərini yaşatdı. Xorun ifasında səslənən kompozisiyadan təsirlənən salona “Bayraq” mahnısı bu günün həm də bir zəfər, qələbə günü olduğunu xatırlatdı. Məktəbin direktoru Gülşən xanım Əliyeva yekun çıxışında qeyd etdi ki, 20 Yanvar həm də əzəmət və vüqar günü kimi yad olunmalıdir. Onu da bildirdi ki, xalqımızın müstəqilliyi əbədidir və heç bir qüvvə bu xalqı müstəqillik yolundan döndərə bilməz.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi