Ağacəkmə aksiyası keçirildi

Məktəbin ərazisində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Aksiyada 6 f sinif şagirdləri və sinif rəhbəri Nərmin Novruzlu iştirak etdi. Aksiyanın əsas məqsədi ölkəmizdə ekalogiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin mühafizəsinə hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.