"Hər şey övladımız üçün" başlığı altında şagird və valideynlərlə silsilə tədbirlər

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünə dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailəm və məktəbim layihəsi çərçivəsində məktəbin psixoloqları Nurlanna Əhmədova, Səbinə Əzimova, təşkilatçı müavin Arzu Əliyeva və UBR Təhminə Osmanova "Hər şey övladımız üçün" başlığı altında şagird və valideynlərlə silsilə tədbirlər təşkil etdilər. Valideynlər məktəbin yeməkxanası, kitabxanası, psixologiya otağı, idman zalı ilə tanış oldular, irad və təkliflər qutusuna öz təklif və şikayətlərini əlavə etdilər. Valideynləri maraqlandıran bütün suallar cavablandırıldı, valideynlərə və şagirdlərə tövsiyələr verildi.