Tarixlərə yazılan şəxsiyyət

    08.05.2023-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Vüsalənin hazırladığı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin 6 c, 7 f, 6 ğ sinif şagirdləri iştirak etdilər. Şagirdlər  Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açdılar. Tədbir zamanı şagirdlər  Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi